Cümə axşamı, 18 Aprel

Tək şprislə 39 şagirdə peyvənd vuran səhiyyə işçisi HƏBS EDİLDİ

image

Hindistanın Madhya-Pradeş əyalətindəki orta məktəblərin birində tək şprislə 39 şagirdə COVID-19 peyvəndi vuran tibb işçisi saxlanılıb.

Xəbər verilir ki, feldşerin bütün şagirdlər üçün tək şprisdən istifadə etdiyini görən valideyinlər vəziyyət barədə məktəb rəhbərliyinə şikayət ediblər.

Hadisədən sonra Jitendra Rai adlı feldşer müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib.

Həkim özünü müdafiə edərək bildirib ki, yalnız səhiyyə idarəsi tərəfindən verilən tapşırıqları yerinə yetirib.

Qeyd edək ki, 2 milyarddan çox COVID-19 peyvəndi tətbiq edilən Hindistanda Səhiyyə Nazirliyi xəstəliyin qarşısını almaq üçün  “bir iynə, bir şpris, yalnız bir dəfə” təlimatını verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28