Çərşənbə axşamı, 14 May

Dənizdə batan 2 nəfərin axtarışları davam edir

image

Gecə saatlarında 2 nəfər Lökbatan ərazisində dənizdə ehtiyatsızlıqdan batıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən axşam saatlarından etibarən axtarış-xilasetmə əməliyyatları aparılır:

“Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub. Məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.”

Məlumatda həmçinin qeyd edilib ki, dünən gecə saatlarında yekunlaşan axtarış-xilasetmə əməliyyatları bu gün də davam edir:

“Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb. Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.

Əlavə məlumat veriləcək.” 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00