Şənbə, 20 Aprel

Rusiya müharibədə Ukraynanın itkilərini açıqladı

image

“Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4 146 tank və zirehli texnika məhv edilib”.

Xəbər verilir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin 406-cı Artilleriya Briqadasının Dnepr bölgəsindəki müvəqqəti mövqelərinin yüksək dəqiqlikli silahlarla vurulduğunu, 200-ə yaxın Ukrayna əsgərinin öldürüldüyünü və 9 artilleriya maşını və hərbi maşının məhv edildiyini qeyd edib.

Konaşenkov, “Bu günə qədər 260 təyyarə, 144 helikopter, 1600 pilotsuz uçuş aparatı, 357 hava hücumundan müdafiə raket sistemi, 4 146 tank və zirehli texnika, 763 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 185 haubitsa və minaatan,  4 453 şəxsi hərbi maşın məhv edilib” bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20