Bazar, 12 May

Limon suyunun inanılmaz faydaları - Böyrək daşlarını...

image

Tərkibindəki C, B vitaminləri və zəngin minerallar olan limon soyqudəyməyə qarşı təbii dərman hesab olunur.

Xəbər verilir ki, xəstəliklərin qarşısının alınmasında böyük təsiri olan limonun antiseptik xüsusiyyəti sayəsində ondan boğaz ağrıları, həzm, ağız yaraları, xərçəng və digər xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Limonlu su xüsusilə boğaz ağrılarına faydalıdır. Limon suyu qaraciyər fermentlərini aktivləşdirərək həzmə də kömək edir. Böyrək daşı riskini aradan qaldırmaqla yanaşı, immunitet sistemini gücləndirir. Limonlu suyun faydalarından biri də qəbizliyə kömək etməsidir.

PH səviyyəsinə tarazlaşdırıcı təsir göstərən limonlu su qandakı toksinləri də azaldaraq bədəni təmizləyir. Səhər acqarına içilən limonlu su toksinlərin atılmasına kömək etməklə yanaşı, yağların yandırılmasını asanlaşdıraraq arıqlamağa yardımçı olur.

Lakin faydalı olmasına baxmayaq qədərindən artıq istehlak edildikdə zərərli ola bilər. Tərkibində yüksək səviyyədə turşu ehtiva etdiyi üçün limon suyu diş minasına zərər verə bilər. Bəzi hallarda limon suyu bədəndə kalsiumun udulmasına mane olur. Ona görə də böyrək xəstəliyi olanlar limon suyunu ehtiyatla qəbul etməlidirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44