Cümə, 29 Mart

“Azərbaycanda xarici valyuta satışı azalıb” - Dünya Bankı səbəbi açıqladı

image

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta satışı tələbin zəifləməsi fonunda iyunda daha da azalaraq illik müqayisədə 11 % geriləyərək 278 milyon ABŞ dollara enib.

Xəbər verilir ki,bu barədə Dünya Bankının aylıq iqtisadi bülleteninin iyul sayında deyilir.

Sənədə əsasən, bu, Mərkəzi Banka iyunda 6,2 aylıq idxalı ödəyəcək qədər ehtiyat yaratmağa (may ayı ilə müqayisədə 2 % artım) imkan verib.

“İxrac artımı idxal artımını üstələdiyi üçün ticarət profisiti genişlənməyə davam edib. İxrac həm həcm, həm də qiymət baxımından əhəmiyyətli dərəcədə artan enerji ixracının təsiri ilə, mayda bir il əvvəllə müqayisədə iki dəfədən çox artıb. May ayında təbii qazın ixrac qiyməti 816,6 ABŞ dollara yüksələrək rekord həddə çatıb. Qeyri-enerji sektorunun ixracı illik müqayisədə 10 % artıb. Əvəzinə, mayda daxili tələbatın güclənməsinə parallel olaraq idxal 26,7 % artaraq, ilin ilk 5 ayında idxalın məcmu artımını 17 %-ə çatdırılıb.

Yanvar-may aylarında müsbət ticarət saldosu ÜDM-in 34,4 %-nə yüksəlib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur”, - hesabatda qeyd edilib.

Dünya Bankı həmçinin vurğulayıb ki, may ayında pul köçürmələr il ərzində əsasən Rusiyadan daxilolmalar hesabına 3,6 dəfə artıb.

Dünya Bankının iqtisadçıları iyunun 29-da təsdiqlənən 2022-ci il dövlət büdcəsinə dəyişikliklərə də diqqət çəkiblər: “Əvvəlki proqnozlarla müqayisədə gəlirlərin nominal ifadədə 8,8 % artacağı proqnozlaşdırılır. Bu artım, hökumətin neftin baza qiymətini bir barel üçün 50 ABŞ dollardan 85 ABŞ dollara qaldırması ilə neft şirkətlərindən gözlənilən yüksək aktivlik və daha yüksək vergi daxilolmaları ilə bağlı proqnozlaşdırılan daha yüksək vergi gəlirlərini əks etdirir. Gəlirlərin artımı fonunda Dövlət Neft Fondundan transfertlərin 9,4 % azaldılması nəzərdə tutulur.

Eyni zamanda, büdcə xərcləri 8,1 % artıb. Xərclərin artımının yarıdan çoxu yenidənqurma işləri ilə əlaqədar dövlət investisiyalarına, qalan hissəsi isə müdafiə, sosial müdafiə və ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək. Dürüstləşmiş büdcənin kəsiri 2022-ci ildə ÜDM-in 2,7 %-i səviyyəsində proqnozlaşdırılır”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45