Çərşənbə, 15 May

Artıq ermənilər anlamağa başlayıblar ki, başqa çıxış yolları yoxdur…

image

“8 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanan sazişin bir sıra bəndləri kimi, bizim üçün çox önəm daşıyan 4-cü bənd  yerinə yetirilməyib. Bu bəndə görə rus hərbi kontingentinin Qarabağın məlum ərazilərinə girməsi ilə həmin ərazilərdə olan erməni hərbi birləşmələri bölgədən dərhal çıxarılmalı idi. Çox təəssüf ki, bir neçə saata hərbi birləşmələrini Qarabağda yerləşdirməyi bacaran Rusiya az qala 2 ildir ki, erməni hərbi birləşmələrini bölgədən “çıxara bilmir””.

Bu sözləri açıqlamasında AY Partiya Başqanının I müavini Bəhrəm İsmayılov deyib.

O, bildirib ki, Azərbaycan dövləti bu müddətdə ciddi strateji səbr nümayiş etdirməklə bərabər bu məsələni ötən zaman ərzində bütün siyasi paytaxtların diqqət mərkəzində saxlamağı bacarıb və qalib dövlət olaraq sülh müqaviləsinin şərtlərini çox ədalətli şəkildə  ortaya qoyub:

“Ermənistan masaya yatırılan sülh müqaviləsinin şərtlərini qəbul etmək məcburiyyətində qalsa da,  hər vəchlə prosesi uzatmağa çalışır. Bu uzatmalar həm də Qarabağdan erməni silahlılarının çıxarılmasına da aiddir. Bütün bu proseslərdə həm savaşı qazanması, həm səbr nümayiş etdirməsi, həm doğru diplomatik həmlələr etməsi Azərbaycanın əlini gücləndirməklə bərabər, Ermənistanı seytnota saldı və ən sonunda dövlət başçısı bu məsələ ilə bağlı həm Ermənistana, həm də Rusiyaya sərt xəbərdarlıq etdi. Artıq ermənilər anlamağa başlayıblar ki, başqa çıxış yolları yoxdur, status-kvo dəyişib, beynəlxalq aləm də Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil ,əməldə dəstəkləyir, eyni zamanda regionda sülh və sabitlik istəyir”.

Bəhrəm İsmayılov qeyd edib ki, Azərbaycan dövləti ərazilərindəki erməni silahlı qüvvələrini qısa müddətə təmizləyəcək həm hüquqi,həm də hərbi gücə malikdir:

“Bütün bunları anlayan rəsmi Ermənistan yəqin ki, silahlı qüvvələrini Qarabağdan çıxaracaq. Nəzərə alaq ki, bu bəyanat Ermənistan dövlətinin Təhlükəsizlik Şurasının sədri tərəfindən verilib. Lakin ən böyük problem zamanında rus hərbi kontingentinin Qarabağdan çıxarılmasıdır. Bilirik ki, Rusiya hər vəclə bölgədə varlığını sürdürmək istəyir.

Rusiya tərəfindən ucaldılan abidələr, tikilən binalar, salınan kilsə, qondarma rejimin rus dilini”ikinci dövlət dili” elan etməsi, rus icmasının formalaşması, rus rublunun dövriyyəyə salma cəhdləri kimi çox ciddi məsələlər bariz şəkildə sübut edir ki, Rusiya bölgədən rahatlıqla getmək niyyətində deyil.Eyni zamanda, erməni hərbi birləşmələrinin də ərazidən çıxarılmasının qarşısını alır. Rusiya istəsəydi, bu birləşmələr bir neçə günün ərzində ərazilərdən çıxarardı.
Bütün bunlara görə də Azərbaycan dövləti  siyasətini bölgədə Türkiyə ilə birgə güclənməyə və ərazilərimizdən rus hərbi güclərini zamanında çıxarmağa yönəltməlidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00