Çərşənbə axşamı, 07 May

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü tezləşdirilir

image

ABŞ Prezidenti Co Bayden Finlandiya və İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması ilə bağlı protokolları ratifikasiya üçün ABŞ Konqresinin Senatına təqdim edib.

Xəbər verilir ki, bu barədə Amerika liderinin qanunverici orqanın yuxarı palatasına müraciətinin mətninin surətini dərc edən Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Mən bununla, Finlandiya Respublikasının və İsveç Krallığının NATO-ya qoşulması haqqında 1949-cu il Şimali Atlantika Müqaviləsi protokollarının ratifikasiyasına Senatın razılığının alınmasını təqdim edirəm.

Protokollar 2022-ci il iyulun 5-də ABŞ və Şimali Atlantika Müqaviləsi üzrə digər tərəflər adından Brüsseldə imzalanıb”, - deyə Bayden məktubunda bildirib.

Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya prosedurunu birbaşa ABŞ Prezidenti həyata keçirir, Senatı buna razılıq verir.

Bu arada, “Politico” qəzeti bazar ertəsi Finlandiyanın ABŞ-dakı səfiri Mikko Hautala-nın müsahibə əsasında hazırlanmış materialı dərc edib. Orada bildirilir ki, Helsinkinin proqnozuna görə, Finlandiya və İsveç yalnız bu ilin sonuna kimi rəsmi olaraq NATO-ya üzv olacaqlar. Hautala bildirib ki, 2022-ci ilin sonu NATO-nun 30 üzvü olan Finlandiya və İsveçin alyansa qoşulması üçün nikbin ssenaridir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58