Bazar ertəsi, 13 May

Fransanın müdafiə xərcləri 3 milyard avro artırıla bilər

image

Fransanın müdafiə xərcləri gələn il 3 milyard avro arta bilər.

Xəbər verilir ki, bu barədə Fransa hərbi departamentinin rəhbəri Sebastien Lecornu "Le Journal du Dimanche" qəzetinə müsahibəsində deyib.

"Mən hökumətin 2023-cü il üçün hərbi büdcəni 3 milyard avro artırmaq niyyətini bir daha təsdiq edirəm. Bu, parlamentin müzakirəsinə təqdim olunacaq", - Lekornu nəşrin bununla bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, hərbi idarə Ukraynadakı vəziyyətin fonunda təcrübəni qiymətləndirmək və müdafiə büdcəsinə əlavə düzəlişlər etmək niyyətindədir.

Fransa hərbi departamentinin məlumatına görə, 2019-2025-ci illərdə ölkənin silahlarının modernləşdirilməsi proqramının maliyyələşdirilməsinə 295 milyard avro ayrılması planlaşdırılıb. İyunun 13-də Makron Ukraynadakı münaqişə fonunda bu xərclərin nəzərdən keçirilməsini tapşırıb. Dövlət başçısı qeyd edib ki, hazırkı proqram “yüksək intensivlikli müharibə” ehtimalı nəzərə alınmadan qəbul edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00