Bazar, 05 May

Avropa İranla nüvə sazişindən imtina edib - Senator

image

Avropa dövlətləri ABŞ-ın ardınca İranla nüvə sazişindən imtina etmək qərarına gəliblər.

Xəbər verilir ki, bu barədə Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə üzrə komissiyasının sədri Aleksey Puşkov bildirib. O, Telegram kanalında qeyd edib ki, Tehran buna cavab olaraq Qərb dövlətlərinin əvvəlcədən xəbərdarlıq etdiyi tədbirləri görüb.

“Birləşmiş Ştatlar İranla nüvə sazişindən imtina etdi və sanksiyaları saxladı. Öz xarici siyasəti olmayan Avropa itaətkarcasına ABŞ-ın ardınca getdi və Qərb razılaşmadan imtina edəcəyi halda Tehran da addımlar atacaq. Bununla bağlı Qərbə xəbərdarlıq da edib. Hər şey məntiqlidir”, senator Puşkov yazıb.

Bu yaxınlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair ABŞ və Aİ-nin İranla danışıqları dondurulub. Tehran ABŞ sanksiyalarının ləğvi şəklində zəmanət tələb etdikdə Vaşinqton müqaviləyə qayıtmağı düşünür.

Qeyd edək ki, bir müddət əvvəl media İranla nüvə sazişi üzrə danışıqların ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərindən sonra bərpa olunacağı barədə məlumat yayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15