Bazar ertəsi, 13 May

“Qarabağ“ın təcrübəsi və səviyyəsi “Lex“dən üstündür“ - Mahir Emreli

image

Zaqreb “Dinamo”sunun hücumçusu Mahir  Emreli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Polşa “Lex”i ilə “Qarabağ” arasında Poznanda keçirilən oyundan danışıb.

Xəbər verilir ki, millimizin üzvü açıqlamasında deyib ki, ilk oyun “Qarabağ”ın tam nəzarəti altında keçdi: "Polşa çempionu evdə çıxış etməsinə baxmayaraq, oyununu əks-hücumlar üzərində qurmuşdu. Bu da özünü doğrultdu.

“Lex” çətin ki, Bakıda “Qarabağ”a təzyiq edə bilsin. İnanmıram ki, öz meydanında belə oynayan komanda səfərdə “Qarabağ”a qarşı hücum futbolu sərgiləsin. "Qarabağ" öz meydanında fərqli futbol göstərir. Azarkeş faktorunu unutmayaq. Komanda yerli publika önündə yaxşı motivasiya olur. İlk görüşdə "Qarabağ" çoxlu qol imkanları yaratdı. Öz meydanlarında isə rəqibin səhvlərini bağışlamayacaqlar. Səbəbini bilmirəm, amma “Qarabağ”ın daha da irəli gedəcəyinə əminəm”.

Emreli eyni zamanda, "Qarabağ"ın arxayınlaşmamalı olduğunu da qeyd edib: “Bununla belə, "Lex"i qiymətləndirməyək. "Lex" güclü və təhlükəli komandadır və bunu ilk oyun açıq şəkildə göstərdi. Baxmayaraq ki, “Qarabağ”ın təcrübəsi və səviyyəsi daha yüksəkdir. Polşa çempionu Azərbaycan çempionu ilə bərabər deyil.

Düşünürəm ki, cavab oyununda “Lex” eyni taktikaya üstünlük verəcək və əks-hücumlardan əlavə, standart vəziyyətlərə arxalanacaq. Təbii ki, üstünlüklərini gücləndirməyə çalışacaqlar. Onların hesabı saxlamaq üçün oynayacağı ehtimalı azdır. “Qarabağ” ən azı Poznandakı kimi oynasa, nəticə fərqli olacaq. Ağdam klubunun hücumçuları üçün də cavab matçında bir az asan olacaq. Cavab oyunu bizim üçün daha yaxşı olacaq. "Qarabağa" inanırıq"

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44