Bazar ertəsi, 06 May

Paşinyan Ermənistan-Türkiyə sərhədi ilə bağlı tapşırıq verdi

image

Ermənistanın baş naziri Nikol Paşinyan müvafiq dövlət qurumlarına üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına dair Türkiyə ilə işə başlamağı tapşırıb.Xəbər verilir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən baş nazir deyib ki, danışıqlarda Ankara ilə İrəvanı təmsil edən Ruben Rubinyan və Serdar Kılıç artıq üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması, eləcə də hava yüklərinin daşınması ilə bağlı razılaşma əldə ediblər.

- Razılaşma razılaşmadır... Lakin bizim aidiyyəti qurumlarımızın bu prosesi koordinasiya etməsi çox vacibdir. Bu vacibdir ki, biz onları yerinə yetirə bilək, - Paşinyan deyib.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın xüsusi nümayəndəsi, vitse-spiker Ruben Rubinyan İctimai Televiziyanın efirində Türkiyə ilə əldə olunan razılaşmaların yayın sonuna qədər həyata keçirilməsinin məntiqli göründüyünü demişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15