Bazar ertəsi, 06 May

“İxtisas seçimi ödənişli olsun” - Təhsil ekspertindən təklif

image

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci il üçün ali təhsil müəssisələrinə qəbul prosesini tamamlanmaq üzrədir. İxtisas seçimi hələ başlamayıb, lakin indidən köhnə mübahisə yenidən gündəmdədir: az bal toplamış abituriyentlərin narazılığı budur ki, onlardan yüksək bal toplayanlar birincilərin istədiyi ixtisas yerlərini tutur, sonra isə ya seçimlərindən imtina edir, ya da qəbul olduqları halda təhsil almırlar. 

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib:

“DİM şəffaf qəbul prosesi keçirir. Lakin imtahanlardan sonra ali təhsil müəssisələrinə qəbul olanlar arasında seçimini təsdiq etməyənlər olur. Həmin ixtisasa düşmək istəyən digər abituriyent isə balı az olduğu halda, ümumən müsabiqədən kənarda qalır. Buna görə də, universitetlərə qəbul imtahanlarının ikinci turu artıq birinci turda qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə prosesi başa çatdıqdan sonra həyata keçirilməlidir. 

İkinci turda boş qalmış yerlərə qəbul aparılır. Burada isə müsabiqə şərti dəyişmir. Məncə, bu zaman müsabiqə şərtində müəyyən yumşalma olmalıdır. İkinci turda müsabiqə şərtləri ən azı 50 bal aşağı salınmalıdır”.

Ekspert əlavə edib ki, ixtisas seçimindən sonra müxtəlif səbəblərə görə həmin seçimdən imtina etmək və ya ümumiyyətlə seçim etməmək müsabiqə iştirakçısının hüququdur:

“Müəllimlərin işə qəbul imtahanında (MİQ) da buna oxşar hal var idi. Əgər müəllim təyinat yerinə getmirsə, bir il növbəti ixtisas seçimində iştirak bilməyəcəkdi. Amma gedib-getməmək onun hüququdur. 

Bununla bağlı bir təklifim vardı: abituriyentə 15 yerdən 5-i üzrə pulsuz təhsil alma hüququ verilsin, ondan sonrakı hər yerin seçimi üçün isə 2 manatdan başlayan ödəniş qaydası qüvvəyə minsin. Yəni ixtisas seçimi ödənişli olarsa, müsabiqə iştirakçıları daha məsuliyyətli olacaqlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15