Cümə, 03 May

Şuşada bina tikmək istəyənlərin NƏZƏRİNƏ

image

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.

Məlumata görə, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur.

İnşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avtodayanacaqla təmin olunması nəzərdə tutulur.

Şirkətlər avqustun 9-a kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə avqustun 18-ə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15