Bazar ertəsi, 06 May

Bakıda 2 qadın vəhşicəsinə döyülüb - FOTO

image

Dünən 2 qadın fiziki zorakılığa məruz qalıb.

Xəbər verilir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb: “Qadın 37-ci Polis Bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradağ Rayon İcra Hakimiyyətinə yönləndirmişik”.

Hər iki faktla bağlı ərazi üzrə polis bölmələrində araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58