Cümə axşamı, 28 Mart

“Laçında qısa zamanda narazılıq yaradan qüvvələr neytrallaşdırılacaq” — ŞƏRH

image

Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsi ilə Laçın şəhərinin mərkəzi, o cümlədən, dəhlizin keçdiyi ərazilər Azərbacana təhvil verilməlidir. Bu, Zabux və Sos kəndlərində qalan ermənilərin buradan çıxarılması zərurətini də yaradır. Hərçənd, Ermənistan rəsmilərinin, o cümlədən, separatçı-terrorçu rejimin açıqlamaları problemlərin yaranacağı yönündədir. Bəs, bu ərazilərin xüsusi önəmi nədir?

Sualımızı cavablandıran BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov açıqlamasında bildirib ki, Laçın dəhlizi ərazisinə düşən bu kəndlər ermənilər üçün strateji kəndlər olub. Analitik qeyd edib ki, bu ərazilərdə xeyli yaşayış evləri tikilib:

“Yeni ərazidən keçəcək dəhliz istifadəyə verildikdən sonra bu kəndlər boşaldılacaq.

Ermənilərin təşvişə düşmənlərinin səbəbi də budur. Azərbaycan 10 noyabr 2020-ci il üçtərəfli müqaviləyə əsasən üç il ərzində Laçın şəhərindən kənar keçməklə, yeni dəhliz çəkməli idi və bu işlər sürətlə davam edir. Gələn il artıq istifadəyə veriləcək. Ermənistan baş naziri Nikol Paşinyan şərtlərə əməl ediləcəyi ilə əlaqəli mesajlar verir. Qarabağ erməniləri də bunu qəbul ediblər, amma bəzi ermənilər buna etiraz edirlər. Təbii ki, bunun heç bir reallığı dəyişməsi mümkün deyil. Şərtlərə mütləq əməl olunacaq”.

Onun sözlərinə görə, köçürülmə zamanı heç bir gərginlik yaşanmayacaq:

“Ermənistan tərəfi öz üzərlərinə düşən vəzifələri yerinə yetirəcək. Azərbaycanın Ermənistanın şərtləri yerinə yetirməyəcəyi ilə əlaqəli görəcəyi tədbirlər indinin özündə belə hazırdır. Ehtiyac olacağı halda bu, Azərbaycan ordusu üçün ciddi bir əməliyyat olmayacaq. Qısa zamanda narazılıq yaradan qüvvələr neytrallaşdırılacaq”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45