Çərşənbə, 10 Avqust

"Müharibə veteranlarının müavinəti artırılmalıdır" - Deputat

image

"Şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqəti artırmalıyıq. Bu sahədə müəyyən nöqsanlarımız var".

Bunu açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, müharibə veteranlarına verilən müavinət azdır:

"Bu məbləğin artırılmasına ehtiyac var. Bir məsələni də nəzərə almaq lazımdır ki, hazırda Qarabağda böyük quruculuq işləri gedir. Bu işlərin görülməsinə böyük vəsait xərclənir. Bununla yanaşı, müharibə veteranlarına verilən müavinətin artırılması məsələsinə baxmağa ehtiyac var".

Qeyd edək ki, hazırda müharibə veteranlarının aylıq təqaüdü 80 manatdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Stiven Siqal Donbasa getdi

  • 09.08.2022 - 19:38
image

"Liverpul"da ciddi itki

  • 09.08.2022 - 16:55