Cümə axşamı, 25 Aprel

Bu il universitetlərdə yerlərin çoxu boş qalacaq

image

“Bu qədər kollecə nə gərək var?”

Bunu açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.

O, 2021-2022 tədris ili üçün qəbul imtahanlarının nəticələrini şərh edib.

Ekspertin fikrincə, ümumi nəticələr heç də ürəkaçan deyil və universitetlərdə yerlərin çoxu boş qalacaq:

“Təhsil sistemində ən böyük qüsurlardan biri Dövlət İmtahan Mərkəzinin (DİM) qruplar üzrə müəyyənləşdirdiyi ixtisaslar və Bolonya sistemidir. Bu sistemin nə təhsilə, nə də abituriyentin gələcəyinə qatqısı var. Hər şeydən əvvəl qurulmuş Boloniya sistemin dəyişdirilməsinə nail olmalıyıq. Dünyanın heç bir yerində “mən 2-ci qrupam”, yaxud “mən 3-cü qrupam” deyə ixtisas seçmirlər. Hər bir kəs ixtisas üzrə özünü sınaqdan keçirməli, əgər uğurlu olarsa, gələcəkdə bu ixtisası seçməklə öz işini qura və ya əmək bazarında özünü doğrulda bilər”.

 M. Məmmədli əlavə edib: “Təhsil sadələşdirilməli və hər kəsə ali təhsil almaq şansı verilməlidir. Məsələ abituriyentin düşüncəsinə buraxılmalıdır ki, o, universitetdə oxuya biləcək, ya yox. Türkiyə, Rusiya, Gürcüstan və Ukraynada attestatla təhsil olduğu kimi, Azərbaycanda da belə bir sistem yaradılmalıdır”.

Ekspertin rəyi budur ki, kolleclər ixtisar olunmalıdır:

“Azərbaycanda 60-a yaxın kollec var. Bu qədər kollecə nə gərək var? Olmazmı universitetə qəbul sadələşdirilsin, illik ödəniş azaldılsın? 

Hazırda Azərbaycanda valideynlərin, müəllimlərinin və hətta yaxın qohumların abituriyentə ixtisas seçimində təzyiqi onu arzularını puç edir. Ənənəvi olaraq abituriyentləri daha çox tibb, hüquq, beynəlxalq iqtisadiyyat və s. valideynlər üçün populyar sayılan ixtisaslara yiyələnməyə məcbur edirlər.

Qəbul imtahanında göstərdiyi nəticə aşağı olduqda isə o, ödənişsiz ixtisaslara qəbul ola bilər, amma ailə onu ödənişli əsaslarla təhsil almağa yönləndirir. Bu yanlışlıq isə gələcəkdə bir çox fəsadların ortaya çıxmasına səbəb olur. Məsələn, hüquqşünas olmaq istəyən tarixçi, həkim olmaq istəyən kimya-biologiya müəllimi ixtisası seçir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33