Çərşənbə, 10 Avqust

Azərbaycanda uşaqlara qoyulan rayon adları - Tovuz, Gəncə, Şəki, Şəmkir, Şuşa...

image

Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var.

Xəbər verilir ki, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.

Məsələn, son 5 ildə 4 uşağa Tovuz adı verilib.

1 körpəyə Gəncə, 6-sına Gəncəli, 1-nə Gəncəbanu adı qoyulub.

2021-ci ildə dünyaya gələn 1 körpə qız Şuşa adlandırlıb.

Son 5 ildə 2 uşağa Quba, 1-nə Qubaxanım ismi qoyulub.

Valideynlər 1 körpəni Şəmkir, 1-ni Şəki adlandırıblar.

Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni ismlər də düzəldilib. Belə ki, 1 uşağa Şəkixanım, 1-nə Şəkiyə, 1-nə Şəkixan, 1-nə Şəkibə adı verilib.

Hazırda 1 uşaq Zərdabi, 1 uşaq Kəpəz, 1-i Ağsurə adı ilə böyüyür.

Son 5 ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, 4-ü Oğuzcan adlandırılıb.

Son 5 ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, 6-sına Xətai, 197-sinə Xəzər, 65-nə Füzuli adı verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Stiven Siqal Donbasa getdi

  • 09.08.2022 - 19:38
image

"Liverpul"da ciddi itki

  • 09.08.2022 - 16:55