Şənbə, 20 Aprel

Abşeron RİH Qurban bayramı münasibətilə əhaliyə müraciət etdi

image

Abşeron Rayon İcra Hakimiyyəti Qurban bayramı münasibətilə əhaliyə müraciət edib.

Xəbər verilir ki, müraciətdə bildirilir:

"Hörmətli  Abşeron  rayon  sakinləri

Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir.

Bu proseslərin bəzi hallarda kəsim üçün nəzərdə tutulmayan yerlərdə baş verdiyi müşahidə edilir və bu da təhlükəli xəstəliklərin yayılmasına münbit şətrait yaratmaqla yanaşı, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq, 09-10 iyul tarixlərində keçiriləcək Qurban Bayramı günlərində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heyvanların antisanitar şəraitdə kütləvi kəsiminin qarşısını almaq, əhalinin sağlamlığını qorumaq, baş verə biləcək zoonoz xəstəliklərin qarşısını almaq məqsədilə tədbirlər həyata keçirilib. Rayon ərazisində bayatarlıq-sanitariya və  sanitariya-gigeniya tələblərinə cavab verən, müvafiq qurumlarla razılaşdırılanış, bütün loqistik  şəraitə malik olan heyvan kəsimi məntəqələri yaradılıb.

Rayon ərazisində aşağıda göstərilən 4 loqistik şəraitə malik heyavan kəsimi  məntəqələri və 2 yerdə diri heyvan satış xidməti yerləri ayrılıb:

Heyvan kəsim xidməti ünvanları:

1. Abşeron rayonu, Xırdalan şəhəri, Quşculuq massivi 180/90 -"Səhliyalı" kiçik müəssisəsi
2. Abşeron rayonu, Xırdalan şəhəri,  Səttar  Bəhlulzadə Məstiyev Nicat  Şəmsi 
3. Abşeron  rayonu,  Xırdalan  şəhəri,  H.Əliyev  küçə  58 -"AZ  MEATCO"  
4. Abşeron  rayonu,  Aşağı  Güzdək  qəsəbəsi "CANƏT" MMC

Diri  heyvan  Satışı  xidməti  ünvanları:

1.Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 13-cu km-liyi

2.Abşeron rayonu, Saray qəsəbəsi, Bakı dairəvi yolun qəsəbə ərazisindən keçən hissəsi

Qurbanlıq  heyvan  kəsim  və  satışlarının  göstərilən  ünvanlarda  aparılması  xahiş  olunur.

Abşeron Rayon İcra Hakimiyyəti Sizi xalqımızın müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə gözəl günlər, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunmasını arzulayır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20