Cümə, 19 Aprel

“İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyirlər, davam etsinlər” -Putindən reaksiya

image

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Finlandiya və İsveçin NATO-ya qoşulmasına münasibət bildirib. 

Prezident deyib ki, Finlandiya və İsveç alyansa qoşulduqdan sonra NATO bu ölkələrə qoşun və infrastruktur yerləşdirərsə, Rusiya buna adekvat cavab verəcək.

“İsveç və Finlandiya ilə bizim problemimiz yoxdur. Onlar NATO-ya qoşulmaq istəyirlər, davam etsinlər” – deyə, Putin Türkmənistanda regional liderlərlə görüşdən sonra Rusiya dövlət televiziyasına bildirib.

Prezident daha sonra deyib: “Ancaq onlar başa düşməlidirlər ki, əvvəllər heç bir təhlükə olmayıb. İndi isə hərbi kontingentlər və infrastruktur ora yerləşdirilsə, biz eyni cür cavab verməli və bizə qarşı təhlükələrin yarandığı ərazilər üçün eyni təhlükələri yaratmalı olacağıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17