Cümə, 29 Mart

ARB qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı QƏRAR VERƏCƏK

image

Ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu “Həmin Zaur” verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

Bu olay əksər izləyicilərin etirazına səbəb olub. Bildirilir ki, Zaur Kamalın qonağa qarşı davranışı etikadan kənar olduğundan, ARB telekanalı onunla bağlı cəza tədbiri görməlidir.

Xəbər verilir ki, efirdə baş verən hadisə ilə bağlı açıqlama verən ARB telekanalının mətbuat katibi  Mail Əsgərov  məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

“Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə  mətbuata çatdırılacaq”, – deyə mətbuat katibi vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45