Cümə axşamı, 25 Aprel

Azərbaycan əsgərinin ölüm səbəbi bəlli oldu – YENİLƏNİB / FOTO

image

Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub.

Əldə etdiyimiz məlumata görə, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar.

Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.

11:40

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu, əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.

 

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33