Çərşənbə, 24 Aprel

“Türkiyə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməklə Putinə zərbə vurdu” — ŞƏRH

image

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirib.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli məsələni Demokrat.az-a şərh edərkən bildirib ki, bunu Putinə zərbə kimi qiymətləndirə bilərik:

“Amma, bütövlükdə Rusiya əleyhinə Türkiyə sanksiyalara qoşulmamaqla özünün kifayət qədər yüksək şəkildə mesajını verdi.



Yəni, bunu müsbət yanaşma, addım hesab etmək olar. Qaldı ki, reallıqlar var. Türkiyə Suriyanın şimalında əməliyyat keçirməlidir və Rusiyanın mövqeyi ürəkaçan deyil. Bu mənada bu Rusiyanın itkisidir. Amma, dünəndən etibarən Ərdoğanın Madrid səfəri və bilirsiniz ki, İbrahim Kalının açıqlamaları da bu yöndə idi ki, Rusiyanı Ukraynadakı əməliyyatlarını dəstəkləyirik. Bu mənada fərqli cəbhələrdə təxminən eyni məqsədi daşıyır. Türkiyənin bu balanslaşdırılmış siyasəti tarixi olaraq Osmanlıdan gələn nəzəri baxışları davam etdirən çox yaxşı bir yanaşmadır, üsuldur. Buna görə də, burada Vladimir Putinin itkiləri var, xüsusən də Finlandiya məsələsində. Amma qarşı tərəfində, NATO-nun da başqa mənada itkiləri var və bunu mütləq qiymətləndirmək lazımdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00