Şənbə, 20 Aprel

“Qarabağ” bu gün iki yoxlama oyununa çıxacaq

image

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2 yoxlama matçı keçirəcək.

Xəbər verilir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın “Holştayn Kil” komandası ilə üz-üzə gələcək.
 
“St. Ulrix” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
 
Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya” (Krayova) komandası olacaq. "Yenbax" stadionunda oynanılacaq görüşə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
 
Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasına 4:0 hesabıyla qalib gəlib. 
 
Yoxlama oyunları
29 iyun
 
14:00. Qarabağ - Holştayn Kil
“St. Ulrix" stadionu.

18:00. Qarabağ - Universitatya (Krayova)
"Yenbax" stadionu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20