Cümə axşamı, 25 Aprel

Paytaxtda bəzi ərazilərdə “pulsuz Wi-Fi” xidməti DAYANDIRILIR - SİYAHI

image

Bakıda bir çox yerdə quraşdırılan “pulsuz Wi-Fi” xidməti dayandırılacaq.

Məlumata görə, bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən bu ərazilərdə “İctimai Wi-Fi” xidməti fəaliyyət göstərməyəcək:

- “Qış parkı”
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
- “Sabir bağı”
- “Xaqani” bağı
- “Axundov bağı”
- “Zabitlər” parkı
- “Hüseyn Cavid” parkı
- “İzmir” parkı
- “Sahil bağı”
- “Səməd Vurğun” bağı
- “Muğan” bağı,
- “Fashion Avenue” parkı
- “Dədə Qorqud” parkı
- Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə “pulsuz Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33