Cümə axşamı, 25 Aprel

ABŞ-da meymunçiçəyinə qarşı peyvənd paylanacaq

image

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin yayılmasına cavab olaraq on minlərlə doza peyvəndi paylamağa başlamağı planlaşdırır.

Mənbələr bildiriblər ki, peyvəndin dozaları ən çox təsdiqlənmiş halların olduğu ştatlar arasında paylanacaq.

Plana görə, Havay, Massaçusets, Yuta, İllinoys, Nyu-York, Rod Aylənd, Kaliforniya, Kolorado, Florida və Vaşinqton ştatları peyvəndi alan ilk ştatlar arasında olacaq.

Meymunçiçəyinin qarşısını almaq üçün federal tənzimləyicilər tərəfindən xüsusi olaraq təsdiqlənmiş yeganə peyvənd olan “Jynneos”un 25 000-30 000 dozasını ayırmaq plana daxildir.

Rəsmi məlumatlara görə, indiyədək ABŞ-da meymunçiçəyinə 306 yoluxma hadisəsi qeydə alınıb. Lakin ekspertlər daha çox real halların olduğuna inanırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33