Cümə axşamı, 25 Aprel

Rusların hücum əməliyyatı - Bu şəhəri mühasirəyə almağa çalışır

image

Rusiya qoşunları hücumu davam etdirir və Lisıçanskı mühasirəyə almağa çalışırlar.

Xəbər verilir ki. bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Lisıçanskdakı vəziyyət indi Severodonetskdə bir aydan bir qədər əvvəlki durumu xatırladır.

Qayday bildirib ki, Rusiya ordusu Vovçoyarivka-Verxnokamyanka istiqamətində hücumu davam etdirir, Lisıçanski mühasirəyə almağa çalışır.

Zolotarivka, Vovchoyarivka və Lisıçansk atəşə tutulub.

Rusiya qüvvələri Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə nəzarəti ələ keçirmək üçün bir çox istiqamətə, o cümlədən, Verxnokamyanka yaxınlığındakı Spirniyə hücum edib, amma itki verərək geri çəkilməyə məcbur olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33