Cümə axşamı, 25 Aprel

Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb

image

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Xəbər verilir ki, Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33