Cümə, 29 Mart

Bu ölkə Rusiya vətəndaşlarınaviza verilməsini DAYANDIRDI

image

Yunanıstanın Rusiyadakı viza mərkəzi Rusiya vətəndaşlarından viza üçün sənəd qəbulunu müvəqqəti dayandırıb.

Xəbər verilir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatında deyilir.

Viza mərkəzində bunun sistemin yenilənməsi ilə əlaqəli texniki səbəblərdən qaynaqlandığı bildirilsə də, sənəd qəbulunun nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.

Bundan başqa, 2022-ci il iyunun 27-dən etibarən Yunanıstanın Moskva, Novorossiysk və Sankt-Peterburq şəhərlərindəki konsulluqlarının fəaliyyətinin dayandırılacağı bildirilir. Viza mərkəzləri isə vətəndaşlara məsləhət xidmətləri göstərməkdə və turistlərə pasportlar verməkdə davam edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45