Cümə axşamı, 25 Aprel

Şoyqu cəbhə xəttinə yollandı

image

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar günü Rusiya hərbçilərinin Ukraynadakı komanda məntəqələrinə baş çəkib.

Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya qoşunlarının (qüvvələrinin) qruplaşmasına baxış keçirib. O, Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrində mövcud vəziyyəti və hərəkətləri haqqında komandirlərin məruzələrini dinləyib”.

S. Şoyqu hərbi əməliyyatlara hərtərəfli dəstəyin təşkilinə və Rusiya hərbçilərinin müvəqqəti yerləşdirilmə məntəqələrində bütün zəruri yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirib.

Bundan əlavə, müdafiə naziri əməliyyat zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə hərbi qulluqçulara Rusiya Federasiyası Qəhrəmanı adına “Qızıl Ulduz” medalını və “Şücaət” ordenini təqdim edib".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33