Cümə axşamı, 25 Aprel

Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız səfər etmək olar? - Fotolar

image

İsveçrənin “Henley & Partners” şirkəti dünya ölkələrinin yeni pasport reytinqini açıqlayıb.

Xəbər verilir ki, bu haqda Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, reytinq vizasız səfər meyarına əsaslanır.

“Reytinqə görə Yaponiya və Sinqapur pasportları 192, Almaniya və Cənubi Koreya pasportları 190, Finlandiya, İtaliya, Lüksemburq və İspaniya pasportları 189 ölkəyə vizasız giriş imkanı verir.

Ukrayna pasportu 143, Moldova pasportu 120, Rusiya pasportu 117, Gürcüstan pasportu 115, Türkiyə pasportu 110 ölkədə vizasız işləyir.

Belarus pasportu ilə 77, Qazaxıstan pasportu ilə 75, Ermənistan pasportu ilə 64 ölkəyə vizasız səfər etmək olar

Azərbaycan bundan öncəki reytinqdəki yerini saxlayıb, 75-ci yerdə qərarlaşıb, bizim pasportla 69 ölkəyə vizasız səfər etmək olar” ,- deyə Osman Gündüz qeyd edib.

 



 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33