Şənbə, 20 Aprel

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - Şok açıqlama

image

“Burada əsas fundamental səbəb ondan ibarətdir ki, Ermənistanın özü müstəqil ölkə deyil”.

Bu sözləri açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Ermənistan hakimiyyətinin müharibədən il yarım keçməsinə baxmayaraq, hələ də sülh sazişi imzalamamasının səbəblərinə aydınlıq gətirib.  

Xatırladaq ki, sonuncu Brüssel görüşündən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul etdiklərini açıqlasa da, hələ də bu ölkə tərəfindən məsələnin həll edilməsiylə bağlı konstruktiv bir addım atılmayıb. Qısacası, Ermənistan hələ də sülhə gəlmək istəmir.

Öz növbəsində C.Əhmədli əlavə edib ki, əgər Ermənistan suveren, müstəqil və öz iradəsi ilə addım atan bir ölkə olsaydı, əlbəttə ki, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərini icra edərdi:

“Onlar Azərbaycanla münasibətləri normallaşdırardı, Türkiyə ilə normal münasibətlər qurardı. Çünki bu münasibətlər hər şeydən əvvəl erməni xalqının özünə lazımdır. Bu gün həm qərb, həm də şərq istiqamətindən sərhədləri bağlı olan, münaqişə vəziyyətində olan bir ölkə heç vaxt inkişaf edə bilməz.

Əgər erməni xalqı xoşbəxt bir həyat görmək istəyirsə, təbii ki, Ermənistan hakimiyyəti Azərbaycanın şərtlərinə əməl etməlidir. Bizim şərtlərimiz isə çox sadədir: sərhədlər müəyyən olsun, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısın və regiondakı kommunikasiyalar açılsın. Bu şərtlər təkcə sülh yaratmayacaq, eyni zamanda regionda dərin inteqrasiya prosesslərinin getməsinə rəvac verəcək ki, bu da ilk növbədə yenə də qeyd edirəm ki, Ermənistanın özünə lazımdır”.

Mütəxəssisin sözlərinə görə, erməni xalqının bu arzularını Ermənistanda hakimiyyətdə əyləşən siyasətçilər təəssüflər olsun ki, reallaşdırmaq istəmir:

“Çünki Ermənistan dövlətini onlar idarə etmirlər və Ermənistan hakimiyyəti xaricdəki siyasi dairələrdən asılı vəziyyətdədir.

Biz bunu nədə görürük bəs? Baxın, istər 7 apreldə keçirilən Brüssel görüşündə, istərsə də 22 may tarixində baş tutan növbəti görüşdə biz son dərəcə substantiv və konstruktiv danışıqların aparıldığını gördük və nə qədər paradoksal səslənsə də, Ermənistan hakimiyyəti orada Azərbaycanın sülh şərtlərini qəbul etdiyini bəyan etdi. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları da var.

Amma həm 7 aprel, həm də 22 may tarixində keçirilən görüşlərdən sonra biz Ermənistan daxilində etiraz aksiyalarının həyata keçirildiyini gördük. Bu etiraz aksiyalarının xaricdən idarə olunması heç bir şübhə doğurmur. Çünki məhz Brüssel görüşlərindən yaranmış yeni vəziyyət Brüsselə rəqib qismində dayanan digər xarici aktorları qane etmirdi. Həmin o qane olmayan siyasi dairələr isə Ermənistan daxilindəki radikal-revanşist qüvvələri ayağa qaldırmaqla sülh prossesini sabotaj etməyə çalışdılar, lakin məqsədlərinə nail ola bilmədilər. Amma qeyd edək ki, prosesi ləngitməyə nail ola bildilər”.

Politoloq əmindir ki, Ermənistanda gedən istənilən neqativ tendensiyalar normallaşma prosesinə zərər vurur:

“Amma məsələ burasındadır ki, onların həmin o irrasional davranışları və destruktiv fəaliyyətləri ümumi sülh prosessinin qarşısını kəsə bilmir. Biz hər keçən gün sülhə daha da yaxınlaşdığımızı görə bilərik. Çünki istər Qərbdəki, istərsə də Rusiyadakı siyasi dairələr olsun, gördünüyüz kimi, onlar Azərbaycanın mövqeyindən çıxış edirlər. Onlar da tərəflərin Azərbaycanın təklif etdiyi 5 şərt əsasında münasibətləri normallaşdırmaq siyasətini dəstəkləyirlər. Onların heç biri - nə Qərb, nə də Rusiya Qarabağın statusu ilə bağlı məsələsini bir dəfə də gündəmə gətirməyiblər. Bu, o deməkdir ki, artıq post-konflikt reallıqları əsas beynəlxalq güc mərkəzləri tərəfindən tanınır. Amma ortalıqda elə qüvvələr də var ki, onlar həmişə olduğu kimi, münaqişə vəizyyətindən qidalandıqlarına görə, sülh şəraitinin yaranmasını həzm edə bilmirlər. Bax, həmin dairələrin pozucu fəaliyyətləri təəssüflər olsun ki, Ermənistan hakimiyyətinin bəzi addımlarına təsir edir və bir çox hallarda Paşinyan hakimiyyəti verdiyi vədləri tam şəkildə reallaşdıra bilmir”.

“Əgər bruada söz sahibi erməni xalqı olsaydı, erməni xalqı bu gün Azərbaycanı şərtlərini qəbul edərdi. Yaxud erməni xalqı İkinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə uğrayan Nikol Paşinyanı böyük səs çoxluğu ilə yenidən hakimiyyətdə saxladısa, demək ki, bu xalqın mövqeyi sadəcə Azərbaycanla sülh şəraitində yaşamaqdan ibarətdir, demək ki, bu xalq artıq Qarabağa olan iddialardan əl çəkməyin tərəfdarıdır və son olaraq bu xalq öz hakimiyyətinin işğalçı siyasətini dəstəkləmir. Amma Ermənistandakı bəzi siyasi dairələr təəssüflər olsun ki, xaricədn aldıqları direktivlər əsasında sülh prosesini ləngitməyə çalışırlar”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20