Çərşənbə, 24 Aprel

Baydenə hər görüşdən əvvəl necə davranması barədə təlimatlar verilir - FOTO

image

Çıxışları zamanı tez-tez çətin vəziyyətə düşən ABŞ Prezidenti Co Bayden bu dəfə fərqli mövzu ilə gündəmə gəlib.

Xəbər verilir ki, Ağ Ev hər görüşdən və iclasdan əvvəl Baydenə iclas zamanı necə davranması ilə bağlı yazılı təlimat təqdim edir. Bu təlimatlardan biri təsadüfən kameranın obyektivinə tuş gəlib.

Belə ki, Baydenin qatıldığı bu cür görüşlərin birində Prezident əlində xüsusi kağız parçası tutub. Kağızın birində Baydenin nitqi, digərində isə sözügedən təlimatların yer aldığı məlum olub.

Təlimatlarda “Ruzvelt zalına daxil olursunuz və görüş iştirakçılarını salamlayırsınız”, “Öz yerinizdə əyləşirsiniz”, “Media nümayəndələri daxil olur” və s. bu kimi təlimatlar yer alıb.

Ağ Ev isə öz növbəsində bu cür təlimatların adi hal olduğunu bildirib.

“Bu, ictimai tədbirlərdə siyasətçilər və dövlət məmurları tərəfindən istifadə olunan standart formatdır”, - deyə Prezident Administrasiyası qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33