Şənbə, 20 Aprel

Kim Çen In ordunun gücləndirilməsi barədə göstəriş verdi

image

Şimali Koreya lideri Kim Çen In iyunun 21-23-də Koreyanın Əmək Partiyasının səkkizinci çağırış Mərkəzi Hərbi Komissiyasının (MHK) genişləndirilmiş iclasını keçirib.

Xəbər verilir ki, iclasda Kim Çen In hərbi-siyasi fəaliyyətdə riayət olunacaq əsas prinsiplər barədə yekun çıxış edərək, Şimali Koreya ordusunun hərbi qüdrətinin gücləndirilməsi əmrini verib.

"Güclü iradə və əzmlə aradan qaldırılmalı olan hazırkı mübarizə inqilabın əsasını təşkil edən Koreya Xalq Ordusunun hərbi-texniki potensialının davamlı olaraq təkmilləşdirilməsini və müdafiənin gücləndirilməsini istər-istəməz tələb edəcəkdir", - deyə  Koreya lideri bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20