Cümə axşamı, 25 Aprel

Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar - İDDİA

image

Tərtərdə 21 yaşlı qız qaçırılıb. 

Xəbər verilir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, 21 yaşlı qız naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırılıb.

Qızın anasının yanında döyülərək qaçırıldığı iddia olunur. Məlumatda qeyd edilir ki, sözügedən qız daha əvvəl də - 31 may 2022-ci il tarixində razılığı olmadan Ağdaşda oxuduğu kollecin qarşısından qaçırılıb, lakin ailə tərəfindən öz evinə qaytarılıb. 

Hadisə növbəti dəfə ötən gün saat 12 radələrində təkrarlanıb. İddiaya görə, dörd nəfər nömrəsiz avtomobil ilə qızı anasının yanından yenidən qaçırıb. Ailənin hadisə ilə bağlı Tərtər rayon hüquq-mühafizə orqanlarına məlumat verdiyi, eləcə də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət belə etdiyi qeyd edilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı açıqlamasında bildirib ki, bu barədə iyunun 23-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33