Cümə axşamı, 28 Mart

Ukrayna ordusundan ağır zərbə - Rus qüvvələri darmadağın edildi

image

Rusiya Xarkov istiqamətində kəşfiyyat-diversiya qruplarının fəaliyyətini gücləndirib.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ruslar Xarkov istiqamətində Xarkov, Starıy Saltov, Koroboçkin, Peçeneq, Dementyevka və Zoloçev rayonlarına artilleriya zərbələri endirib. Eyni zamanda, bu yöndə diversiya-kəşfiyyat qruplarının fəaliyyətini gücləndirib.

Rus ordusu Severski istiqamətində Sumı vilayətinin Tovstodubovo, Baçivsk, Xluxiv və Manuxivka yaşayış məntəqələrində mülki və hərbi infrastrukturu atəşə tutub.

Slavyansk istiqamətində isə Boxorodiçne, Krasnopillya, Kurulka, Çervone, Ridne və Çervona Polyana artilleriyadan atəşə məruz qalıb.

Baxmut istiqamətində Nikolayevka, Berestovo və Novoluqansk yaxınlığındakı Ukrayna qoşunlarının mövqeləri artilleriyadan atəşə tutulub. Ruslar bu yönlərdə taktiki mövqelərini gücləndirməyə və mövcud marşrutlara nəzarəti ələ keçirməyə çalışırlar.

Novopavlovsk istiqamətində Antonivka, Vuqledar və Zolota Niva yaşayış məntəqələri atəş altındadır. Bu istiqamətdə Ukrayna ordusu rusların diversiya və kəşfiyyat qruplarını darmadağın edilib. Qrupların salamat qalan hərbçiləri qaçmağa məcbur olublar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45