Bazar, 03 İyul

Sabah "Planetlərin paradı" olacaq

image

Sabah Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək.

Xəbər verilir ki, “Planetlərin paradı” adlanan bu düzülüş nadir astronomik hadisədir.
“Science Focus”un məlumatına görə, belə bir hadisə sonuncu dəfə 18 il əvvəl müşahidə edilib, növbəti dəfə isə 2040-cı ildə gözlənilir.

Bu təbiət hadisəsi Günəş sistemində iki formada baş verir. Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə olur. Böyük planetlərin paradı isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə baş verir. Bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu da “Planetlərin tam paradı” adlanır.

Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyulun 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyu davam edəcək "Planetlərin paradı" tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.

Nadir astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İyulda 12 gün iş olmayacaq

  • 01.07.2022 - 10:22