Bazar, 03 İyul

"Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub

image

Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi bəlli olub.

Xəbər verilir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Okan Buruk təyin edilib. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Buruk bu vəzifədə 2 gün öncə istefaya göndərilən Domenek Torreni əvəzləyib.

Qeyd edək ki, Okan Buruk 2006 - 2008-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2013-cü ildə "Cim-Bom"da köməkçi məşqçi kimi də çalışıb. Təcrübəli mütəxəssis ölkəsində "Sivaspor", "Göztepe", "Rizespor" və "Başakşehir" kimi klublara da başçılıq edib. 2020/2021 mövsümündə isə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İyulda 12 gün iş olmayacaq

  • 01.07.2022 - 10:22