Cümə, 19 Aprel

Ukraynanı satan xainlər: onların arasında böyük, həm də çox böyük adlar var

image

Ukrayna xüsusi xidmət orqanları rus işğalçıları ilə əməkdaşlığa razılıq vermiş vətəndaşların yeni adlarını açıqlayacaq.

Xəbər verilir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Oleksiy Aretoviç “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bildirib. Arestoviç bu sırada Ukrayna Təhlükəsizlik Xidmətinin daxili təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri Andrey Naumovun, Xerson şəhərinin keçmiş meri Volodimir Saldonun, partiyadan “Xalqın xidmətçi” fraksiyasından xaric edilmiş xalq deputatı Aleksey Kovalevin və 24 fevraldan sonra vətənə xəyanətdə şübhəli bilinən digər şəxslərin adlarını xatırladıb.

“Mən özüm xüsusi xidmət orqanlarının içindən çıxmış bir adam kimi deyə bilərəm ki, baş verənlərin ab-havasını təxmini olaraq başa düşürdüm. Və deyə bilərəm ki, bunlar bizi gözləyən son sürprizlərdən uzaqdır. Böyük və çox gözlənilən sürprizlər, çox böyük adlar hələ çox olacaq. Burada sizin də başa düşdüyünüz kimi spesifik cəhətlər, xüsusi xidmət orqanlarının öz oyunları var. Amma gec-tez ora çatacağıq – insanlar bunu biləcəklər. Və bunu biləndə şoka keçirəcəklər”, – Aretoviç deyib.

O qeyd edib ki, Bellingcat-ın araşdırmaçı jurnalisti Xristo Qrozev Rusiya prezidenti Vladimir Putinin Ukraynaya genişmiqyaslı işğalın başlanğıcında böyük iğtişaşlara ümid etdiyinə “eyham vurub”. İddialara görə, Ukrayna hərbçilərinin bir hissəsi iğtişaşlarda iştirak etməli idi. “Bu, rusların bizim üçün nə hazırladığına, nə hazırlayacağına və onların nə qədər könüllü ukraynalı “köməkçilərə” malik olduğuna dair yalnız kiçik işarədir. Yei gəlmişkən çox ciddi səviyyədə”, – Prezident Aparatı rəhbərinin müşaviri əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20