Cümə, 29 Mart

Ombudsman üçün əlavə ödəniş nəyi ehtiva edir?

image

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşının artırılması bir çox suallar yaradıb. Əvvəllər 2230 manat olan Səbinə Əliyevanın aylıq məvacibi artıq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.

Bir çoxları buna təəccüblə yanaşmaqla yanaşı, Ombudsman maaşına əlavə ödənişin nəyi ehtiva etdiyini anlamaqda çətinlik çəkir.

Mövzu ilə bağlı danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov maaşa bu cür əlavələrin qanunvericilikdə nəzərdə tutulduğunu deyib:

"Müəyyən vəzifələri tutan şəxslərin əmək haqqına əlavələr qanunvericilikdə nəzərdə tutulur. Ombudsman da Konstitusiya qanunu ilə fəaliyyət göstərən xüsusi bir təsisatdır. Onun əmək haqqının artırılması ilə bağlı qərarı da Milli Məclis verir”.

S. Məmmədovun sözlərinə görə, bu cür əlavələr təkcə Ombudsmana deyil, bir çox vəzifəli şəxslərə verilir:

“Qanunvericilikdə əmək haqqına əlavə, hətta vəzifəli şəxslər üçün təmsilçilik xərci də var, bu, əmək haqqının 25 faizi həcmində olur. Təmsilçilik xərcləri ilə bağlı Prezidentin ayrıca fərmanı var. Amma bu, Ombudsmana aid deyil. Təmsilçilik xərcləri icra strukturlarında çalışanlara – nazir, nazir müavinləri, icra başçılarına aiddir. Bu vəzifələrdə vəzifənin icrası ilə bağlı əlavə xərclər ortaya çıxır.

Ombudsman təhsisatında da maaş və əlavə maaş nəzərdə tutulur. Belə hal dövlət qulluğunda da, bir çox deputatlar üçün də nəzərdə tutulub. O cümlədən bu ombudsman üçün. Yəqin ki, indi həmin rəqəm dəyişib və artıb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45