Cümə, 29 Mart

Xankəndi erməniləri təşvişdə: "Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar"

image

Erməni politoloq, İrəvan Dövlət Universitetinin dosenti Menya Soqomonyan Qarabağdakı separatçıları təşvişə salacaq sensasion açıqlamalar verib. O Xankəndinin boşaldıldığını, Azərbaycan ordusunun nəzarətinə keçəcəyini bildirib.

Erməni politoloqun fikrincə, baş nazir Nikol Paşinyan açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir: “O öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox edib. Artıq biz də bunu anlamalıyıq. Yaxın bir müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rus sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb. Bu proses başlayan kimi, bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək”.

Soqomonyan fikirləri Ermənistanda zəlzələ effekti yaradıb. Sosial şəbəkələrin erməni seqmentində separatçıların Xankəndidən qaçmağa hazırlaşdığı deyilir. Bildirilir ki, Azərbaycan ordusu tezliklə Xankəndi şəhərini öz nəzarəti altına alacaq. 

Mövzu ilə bağlı danışan Xocalıdan seçilən deputat Elman Məmmədov Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və bütün digər ərazilərin Azərbaycana məxsus olduğunu bir daha vurğulayıb. Deputatın sözlərinə görə, Rusiya hərbi kontingenti Qarabağdakı separatçıları himayə edir, lakin bu müvəqqətidir:

“Çünki heç bir dövlət razı olmaz ki, ərazisində ona tabe olmayan, qanunlarını qəbul etməyən kimlərsə yaşasın. Təəssüf ki, hələ 1990-cı illərdə terrorçular tərəfindən yaradılmış separatçı qurum ərazilərimizdə mövcudluğunu saxlayır. Amma bu müvəqqəti haldır. Azərbaycan məsələyə son qoymaq üçün ciddi tədbirlər görəcək, torpaqlarımız separatçılardan, terrorçulardan təmizlənəcək. Bununla bərabər Rusiya hərbi kontingenti də ərazilərdən çıxarılacaq”.

Azərbaycanın çoxmillətli ölkə olduğunu xatırladan Elman Məmmədov ermənilərin bunu nəzərə almağının vacibliyinə toxunub:

“Ölkəmizdə yaşayan millətlərin nümayəndələri Azərbaycan vətəndaşlığını qəbul edirlər. Konstitusiya əsasında onların bütün hüquqları qorunur və hər birimiz bərabər hüquqlu insanlar olaraq bu ölkədə yaşayırıq. Xankəndi, Xocavənd, Xocalı ərazilərində 1988-ci ildən qalan ermənilər və onların törəmələri yaşamaq istəyirlərsə, mütləq Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına boyun əyməlidirlər. Əks təqdirdə, onlar əcnəbi vətəndaş kimi Azərbaycan ərazilərini tərk etməli olacaqlar.

Onlar ərazilərimizdə separatçılıq əməllərinə, terrora davam etsələr, ordu əməliyyat keçirib, ərazilərimizi təmizləyəcək. Ərazilərimizdə yalnız Azərbaycan qanunları işləməlidir. Sərhəd boyu bütün torpaqlarımıza Azərbaycan ordusu nəzarət etməlidir. Bu qısa müddətdə baş verəcək, arxayın ola bilərsiniz”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45