Cümə, 29 Mart

Gürcü Baş nazir: “Rusiyaya sanksiya tətbiq edə bilmərik“

image

"Gürcüstan milli maraqları və təhlükəsizlik problemlərinə görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilməyəcək".

Xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətərdə keçirilən iqtisadi forumun panelində deyib.

"Açıq şəkildə bildirdik ki, biz, gürcülər çox təbii səbəbdən Rusiyaya qarşı milli iqtisadi sanksiyalar tətbiq edə bilməyəcəyik. Çünki milli maraqlarımız var, təhlükəsizlik problemlərimiz, iqtisadi çətinliklərimiz var. Bu, bizim əsas motivasiyamızdır", - deyə Qaribaşvili vurğulayıb.

Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən imtina edən yeganə ölkə deyil:

"Mən hökumət başçısı kimi xalqın təhlükəsizliyini düşünməliyəm. Təbii ki, siyasi baxımdan biz beynəlxalq ictimaiyyətin yanındayıq. Biz beynəlxalq tərəfdaşlarımızla - amerikalı və avropalı tərəfdaşlarla tam koordinasiyadayıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45