Rusiya ehtiyatda olan zabitləri orduya çağırır
Rusiya ehtiyatda olan zabitləri orduya çağırır
Rusiya Ukraynadakı ciddi itkilər səbəbindən ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb edir.
Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Əldə olunan məlumata görə, hava-desant qoşunlarının komandanlığında xeyli itkilər verilməsi nəticəsində düşmən üç ay müddətinə qısamüddətli müqavilələr bağlamaq şərti ilə ehtiyatda olan zabitləri hərbi xidmətə cəlb etməyə məcbur olub”, - məlumatda qeyd olunub.
Azadsoz.com