Cümə, 29 Mart

Vilyam Hacıyevdən xəbər var

image

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Vilyam Hacıyevin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.

Vəkil sənədlərin tədqiqi zamanı elan olunmuş yoxlama aktları ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib.

Vəkil Elmar Kərimov mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən edildiyini deyib: “Heç bir obyektə baxış keçirilməyib, baş mühasibin dediyi rəqəmləri köçürüblər. Ümumiyyətlə, işlə bağlı ekspert İmişlidə olmayıb. Xəstəni yoxlamamış ona xərçəng diaqnozu qoymaq olar?"

Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək, vəsatətin təmin olunmamasını tələb edib: “Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər hansı qeyri-obyektivlik müşahidə olunmur”.

Məhkəmə vəsatətə növbəti prosesdə münasibət bildiriləcəyini elan edib.

Növbəti proses iyunun 24-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45