Cümə, 29 Mart

“Putinin ətrafında satqın var, Lavrovdan da yüksək vəzifə tutur” – Sensasiya

image

Rusiya Federasiyasının lideri Vladimir Putinin əhatəsində satqın biri var. O, bütün məlumatları ABŞ-a ötürür. Onun vəzifəsi xarici işlər naziri Sergey Lavrovdan yüksəkdir.

Xəbər verilir ki, bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev bildirib. Onun sözlərinə görə, Rusiyada Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından Putinə yaxın olan cəmi 20 nəfərin xəbəri olub. Və məlumatı ABŞ-a onlardan biri “sızdırıb”.

Qrozevin fikrincə, Amerikaya məlumat verən şəxs Putinə yaxın yüksək vəzifəli məmurdur. “Amerikalılar Rusiya təhlükəsizlik qüvvələrinin görmədiyi və bilmədiyi detalların 99,9 faizini bilirdilər və görürdülər. Buna yalnız ən yüksək səviyyədə “köstəbək” və ya bizim heç bir şey bilmədiyimiz bəzi super-texnologiyalarla nail olmaq olar. Bu “köstəbək” Birləşmiş Ştatlara məntiqsiz görünən hər şeyi izah edə bilər”,- Qrozev deyib.

O, əmindir ki, Rusiya təhlükəsizlik qüvvələri Putinin Ukraynaya hücum qərarını bilsəydilər, bu və ya digər istiqamətdə müəyyən tədbirlər görəcəkdilər. Amma bilmirdilər. Qərb isə bilirdi.

“Bu, Lavrovdan da yüksək rütbəli adamdır. Mən tam əminəm ki, Lavrovun müharibənin başlamasından xəbəri olmayıb. Kremldə 20 nəfərin müharibədən xəbəri olub, onlardan biri ABŞ-a işləyir”,- deyə o bildirib.

Onun sözlərinə görə, Siyasi Büro ilə yanaşı, elitar Özəl Hərbi Birləşmələr hərbi əməliyyatlara hazırlaşmaq üçün əvvəlcədən göndərilib. Buna görə də xəbər oradan da sıza bilər. Qrozev hesab edir ki, satqın “Putinin aşpazı” və “Vaqner” qrupunun sahibi Yevgeni Priqojin və ya onun ətrafındakılardan biri ola bilər.

Çünki bu özəl qrup Ukraynaya hücumun planlaşdırılmasında iştirak edib və cəhdlər uğursuzluqla nəticələnəndə Priqojinə olan inam kəskin şəkildə itib.

Xatırladaq ki, Kreml Ukrayna ilə müharibədə bir neçə məğlubiyyətdən sonra ordunu təmizləyə bilib. Belə ki, Qara Dəniz Donanmasının komandiri admiral Osipov bu yaxınlarda tutduğu vəzifədən uzaqlaşdırılaraq həbs edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45