Çərşənbə axşamı, 16 Aprel

Azərbaycan vətəndaşları Almaniyada federal axtarışa verilib

image

Almaniyada yaşamaq haqqında qanunu pozan şəxslərin işi məhkəməyə göndərilib.

Məlumata görə, Şimali Reyn-Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslərin Azərbaycana geri göndərilməsi ilə bağlı başladılan hüquqi prosedurun icrası mümkün olmayıb.

Üçü bir ailənin üzvü olan 7 Azərbaycan vətəndaşı deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin Şimali Reyn-Vestfaliya üzrə nümayəndəliyi deportasiyadan yayınan şəxslərin saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Əyalət məhkəməsi həmin şəxslərin saxlanılması ilə bağlı qərarı təsdiqləyib. Hazırda Azərbaycan vətəndaşlarının axtarışı davam edir.

Məlumat üçün bildirək ki, iyun ayının sonu Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14