Cümə, 19 Aprel

Ukrayna qoşunları Xersona irəliləyir

image

Ukrayna qoşunları işğal altında olan Xersona doğru irəliləyir.

Xəbər verilir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müavini Aleksey Arestoviç deyib.

“Xerson istiqamətində də, İzyum istiqamətində olduğu kimi, fəal hərəkət edirik. Xersonu əks etdirən fotoşəkilləri də yaydıq. Təxminən 15-18 km-dir. Artıq təpələrdən də görmək olar”, - Arestoviç vurğulayıb.

O əlavə edib ki, Baş Qərargahın məlumatına görə, ötən gün Blaqodatnıya, Soldatskiyə, Pokrovskiyə zərbələr endirilib.

Qeyd edək ki, bir neçə gün öncə Xerson vilayət administrasiyasının rəhbəri Sergey Xlanya şəhərə 20 km məsafə qaldığını bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28