Cümə, 19 Aprel

Putin Ukraynanın Avropa İttifaqına daxil olmasına münasibət bildirdi

image

Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil.

Xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır.

"Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə olmamışıq. Ukraynanın hərbi inkişafının əleyhinə olmuşuq, çünki bu, təhlükəsizliyimizi təhdid edir. Amma iqtisadi inteqrasiyaya gəlincə, bu, onların seçimidir”, - Putin deyib.

Rusiya lideri qeyd edib ki, Ukraynanın Aİ-yə qəbulunun məqsədəuyğunluğunu təşkilat müstəqil şəkildə müəyyən edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28