Cümə, 29 Mart

Ukrayna Rusiyanın daha bir gəmisini vurdu

image

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyaya məxsus daha bir gəmini vurub.

Xəbər verilir ki, burada söhbət Rusiyanın Qara dəniz donanmasının “Vasiliy Bex” adlı gəmisindən gedir.

Məlumata görə, sözügedən gəmi Zmeynıy adasına silah-sursat və şəxsi heyəti apararkən vurulub. Gəminin göyərtəsində, həmçinin “Tor” zenit-raket kompleksinin olduğu da bildirilir.

Gəminin vurulması barədə məlumatı Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Maksim Marçenko təsdiq edib.

Gəmiyə “Harpoon” sistemi vasitəsilə raket zərbəsinin endirildiyi qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45