Cümə axşamı, 02 May

Baş infeksionist virusa yoluxdu

image

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru və ABŞ Prezidentinin baş həkim müşaviri Entoni Faucidə koronavirus testi müsbət çıxıb.

Xəbər verilir ki, bu barədə sözügedən institut məlumat yayıb.

 ABŞ-ın baş infeksionisti COVID-19 antigeni üçün ekspress testdən keçib. O, 2 dəfə peyvənd olunub. Hazırda Faucidə COVID-19-un yüngül simptomları var.

Doktor Fauci özünü təcrid edib və evindən işləməyə davam edəcək. O, son vaxtlar ABŞ prezidenti Co Bayden və ya digər yüksək vəzifəli ABŞ rəsmiləri ilə yaxın təmasda olmayıb.

Entoni Fauci Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin COVID-19 təlimatlarına və həkiminin tövsiyələrinə əməl edəcək və testi COVID-19 üçün mənfi nəticə verdikdən sonra işə qayıdacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15